Prezident ötən il 693 sərəncam imzalayıb

Prezident ötən il 693 sərəncam imzalayıb
  11 Fevral 2016    Oxunub:2037
“2015-ci ildə Azərbaycan Prezidentinin qəbul etdiyi sərəncamlardan 43-ü dövlət büdcəsindən, 19-u isə Prezidentin ehtiyat fondundan müxtəlif tarix və mədəniyyət abidələrinin təmiri və bərpası, yolların tikintisi, kənd və qəsəbələrdə infrastruktur layihələrinin həyata keçirilməsi ilə bağlı olmuş, bu məqsədlər üçün üst-üstə 228 milyon manat vəsait ayrılıb”.

AzVision.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov "Azərbaycan Prezidenti vətəndaşların müraciətlərinə daimi diqqət və qayğını prioritet məsələ hesab edir" adlı təhlili məqaləsində bildirib.

Onun sözlərinə görə, sərəncamların 19-u bilavasitə avtomobil yollarının çəkilişi, təmiri və yenidən qurulması barədədir.

Qeyd olunub ki, Azərbaycan Prezidentinin 2015-ci ildə imzaladığı 263 qanunun, 285 fərmanın və 693 sərəncamın böyük əksəriyyəti bilavasitə ölkənin qanunvericilik bazasının təkmilləşdirilməsinə, iqtisadi və siyasi idarəçiliyinin tənzimlənməsinə, əhalinin sosial müdafiəsinin, vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsinə istiqamətlənib.

AzVision.az


Teqlər:  





Xəbər lenti