Prezident ona meyvə atan xanıma ev bağışladı - VİDEO

Prezident ona meyvə atan xanıma ev bağışladı - VİDEO
  25 Aprel 2015    Oxunub:4660
Venesuela prezidenti Nikolas Maduro ona manqo meyvəsi atan xanıma ev bağışlayıb.
AzVision.az “CNN” telekanalına istinadən xəbər verir ki, prezident xanıma evi dövlət proqramı çərçivəsində bağışlayıb.

Hadisə aprelin 22-i Ansoateqi ştatında baş verib. Prezident Maduro yeni nəqliyyat xəttinin açılışı zamanı Marleni Olivo adlı xanım ona meyvə atıb. Avtobusun pəncərəsi açıq olduğundan manqo prezidentin başına dəyib.

Elə həmin gün ölkə başçısı dövlət televiziyasında çıxış edərək hadisə barədə danışıb və ona atılan meyvəni nümayiş etdirib.

“İmkan olsa, mənə zəng elə”, – deyə Manqonun üzərində yazılıb. Məlum olub ki, 54 yaşlı xanım meyvənin üzərinə öz nömrəsini də yazıb.

Prezident qeyd edib ki, onun köməkçiləri artıq Olivo ilə əlaqə saxlayıb: “Onun mənzillə bağlı problemləri var idi və mən ona mənzil ayrılması ilə bağlı qərarı təsdiqləmişəm. Mənzil “Böyük hədəf – Mənzil” dövlət proqramı çərçivəsində ayrılıb”.

Yeni evin sahibi isə jurnalistlərə açıqlamasında üzərində kağız olmadığı üçün prezident meyvə atdığını bildirib.



Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti