Prezident mükafatları təqdim olunub

Prezident mükafatları təqdim olunub
  01 Avqust 2015    Oxunub:2256
Azərbaycan Prezidentinin “Dövlət qulluqçularının təltif edilməsi haqqında” 22 iyun 2015-ci il tarixli Sərəncamı ilə Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən bir qrup dövlət qulluqçularına fəxri ad, orden və medallar verilib.
AzVision.az xəbər verir ki, onların arasında Gəncə şəhər İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər üzrə humanitar şöbəsinin baş məsləhətçisi Məmmədov Həsən Surxay oğlu da var.

O, dövlət qulluğunda səmərəli fəaliyyətinə, uzun müddət şəhərin ictimai-siyasi həyatında fəal iştirakına görə prezidentin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. Ölkə başçısının digər Sərəncamı ilə- Milli Mətbuatımızın 140 illiyi ilə bağlı kütləvi informasiya vasitələri nümayəndələrinin təltif edilməsi haqqında Sərəncamla “Новости Гянджи” qəzetinin baş redaktoru Kalaşnikova İrina Vladimirova “Tərəqqi” medalına layiq görülüb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev I yarımilliyin yekunlarına görə keçirilən hesabat yığıncağında Həsən Məmmədova və İrina Kalaşnikovaya mükafatları təqdim edərək, onları təbrik edib, daha böyük uğurlar arzulayıb.


Teqlər:





Xəbər lenti