Prezident kralı təbrik etdi

Prezident kralı təbrik etdi
  22 Sentyabr 2014    Oxunub:1210
Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz Al Səudanı təbrik edib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir:

Səudiyyə Ərəbistanının milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən böyük məmnunluq duyuram.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, Səudiyyə Ərəbistanının qardaş xalqına daim sülh və firavanlıq arzulayıram.

Eyni zamanda prezident, Səudiyyə Ərəbistanı Krallığının Vəliəhdi, Baş nazirin müavini, müdafiə naziri Əlahəzrət Salman bin Əbdüləziz Al Səudanı təbrik edib.

Təbrikdə bildirilir:

Əlahəzrət, Əziz Qardaşım,

Ölkənizin milli bayramı - Krallıq elan edilməsi günü münasibətilə Sizi və xalqınızı ürəkdən təbrik edirəm.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, Səudiyyə Ərəbistanının qardaş xalqına daim əmin-amanlıq və rifah diləyirəm.

AzVision.az


Teqlər:  





Xəbər lenti