Prezident krala məktub yazdı

Prezident krala məktub yazdı
  22 İyul 2014    Oxunub:738
Azərbaycan prezidenti İlham Əliyev Belçika Kralı Filippə məktub göndərib.
AzVision.az xəbər verir ki, ölkə başçısı kralı Belçikanın milli bayramı münasibətilə təbrik edib:

-Əlahəzrət,
Belçika Krallığının milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Belçika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.
Hörmətlə,


Teqlər:  





Xəbər lenti