Prezident komitə sədri ilə görüşdü

Prezident komitə sədri ilə görüşdü
  12 Fevral 2016    Oxunub:1356
Azərbaycan prezidenti İlham Əliyev Münhendə Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Volfqanq Büxele ilə görüşüb.
AzVision.az-ın məlumatına görə, görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafından məmnunluq ifadə edilib, ölkəmizdə sərmayə qoyuluşu baxımından münbit şəraitin olduğu bildirilib.

Söhbət zamanı Azərbaycan və Almaniya iş adamları arasında qarşılıqlı biznes səfərlərinin təşkilinin əhəmiyyəti vurğulanıb, əməkdaşlığın perspektivlərinə dair fikir mübadiləsi aparılıb.


Teqlər:  





Xəbər lenti