Prezident istefa verdi

Prezident istefa verdi
  01 Noyabr 2014    Oxunub:1710
Qərbi Afrikanın Burkina Faso Respublikasında oktyabrın 28-dən başlayan güclü nümayişlərin təsiri altında Prezident Blez Compaore oktyabrın 31-də istefa verdiyini bəyan edib.

İyirmi yeddi il hakimiyyətdə olan Prezidentin istefasından bir qədər sonra ölkənin silahlı qüvvələrinin komandanı, diviziya generalı Honore Traore keçid dövrünə qədər dövlət başçısı səlahiyyətlərini icra edəcəyini bildirib.

Xatırladaq ki, nümayişçilərin ölkənin Milli Assambleyasına və yerli televiziya qovşağına hücumları zamanı 30 nəfər həlak olub, yüzlərlə insan yaralanıb.


Teqlər:  





Xəbər lenti