Prezident iki qardaşa fəxri ad verdi

Prezident iki qardaşa fəxri ad verdi
  01 Oktyabr 2014    Oxunub:3650
Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında” sərəncama əsasən, “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adına layiq görülənlər arasında iki qardaş – Habil və Şamil İsmayılovlar da vardır.
AzVision.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, əkiz qardaş olan İsmayılovlar Cəlilabad rayonunun müxtəlif ümumi təhsil müəssisələrində, pedaqoji fəaliyyətlərinin son 10 ilində isə Ocaqlı kənd tam orta məktəbində fiziki tərbiyə müəllimi işləyiblər.

Orta məsafəyə (1000 metr) qaçış üzrə keçmiş SSRİ çempionatının finalçısı olmuş İsmayılov qardaşları dəfələrlə Azərbaycanda keçirilən yarışlarda da yüksək nailiyyətlər qazanıblar. Onların idmana olan sonsuz məhəbbətinin nəticəsidir ki, yetirmələri arasında da idmanla məşğul olanlar az deyil.

Ümumilikdə, 50 ilə yaxın pedaqoji fəaliyyətlə məşğul olmuş Habil və Şamil İsmayılovlar tanınmış müəllim olmaqla yanaşı, eyni zamanda nümunəvi ailə başçılarıdır. Sevindirici haldır ki, onların övladları və nəvələri də idmana maraq göstərir və sağlam həyat tərzinə üstünlük verirlər.

Təhsil Nazirliyi təltif olunmuş bütün təhsil işçilərini, o cümlədən də Habil və Şamil İsmayılovları təbrik edir, uzun ömür, möhkəm can sağlığı və yeni-yeni uğurlar arzulayır!

AzVision.az


Teqlər:  





Xəbər lenti