Prezident həmkarlarını təbrik edib

Prezident həmkarlarını təbrik edib
  25 İyul 2016    Oxunub:1616
Azərbaycan Prezidenti İlham Əliyev Maldiv Respublikasının Prezidenti Abdulla Yamin Abdul Qəyyuma təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir: “Maldiv Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Maldiv xalqına sülh və tərəqqi arzulayıram”.

Bundan başqa prezident İlham Əliyev Liberiya Respublikasının Prezidenti xanım Ellen Conson-Serlifə də təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:

`Hörmətli xanım Prezident,

Ölkənizin milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi diləyirəm.`

AzVision.az


Teqlər:  





Xəbər lenti