Prezident həmkarlarını təbrik edib

Prezident həmkarlarını təbrik edib
  24 İyun 2016    Oxunub:1588
Azərbaycan Prezidenti İlham Əliyev Xorvatiya Prezidenti xanım Kolinda Qrabar-Kitaroviçə təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: "Ölkənizin milli bayramı – Dövlətçilik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, ölkələrimiz və xalqlarımız arasındakı dostluq əlaqələrinin möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə genişləndirilməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Xorvatiya xalqına əmin-amanlıq və tərəqqi diləyirəm".

Dövlətimizin başçısı Sloveniya Prezidenti Borut Pahoru da təbrik edib.

Məktubda qeyd olunur: "Sloveniya Respublikasının milli bayramı – Dövlətçilik günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Sloveniya xalqına sülh və rifah diləyirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti