Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi
  16 Sentyabr 2014    Oxunub:1016
Prezident İlham Əliyev Meksika Birləşmiş Ştatlarının prezidenti Enrike Penya Nietoya təbrik məktubu ünvanlayıb.
AzVision.az xəbər verir ki, ölkə başçısının təbrik məktubunda deyilir: "Meksika Birləşmiş Ştatlarının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Meksika əlaqələrinin genişlənməsi dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafına bundan sonra da töhfələr verəcəkdir.

Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Meksika xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Teqlər:





Xəbər lenti