Prezident həmkarını təbrik etdi

Prezident həmkarını təbrik etdi
  26 İyul 2014    Oxunub:771
Prezident İlham Əliyev Peru Respublikasının prezidenti Olyanta Umala Tassoya təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrik məktubunda deyilir:

Peru Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Peru əlaqələrinin genişlənməsi, dostluq və əməkdaşlıq münasibətlərimizin inkişafı yolunda birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, dost Peru xalqına əmin-amanlıq və firavanlıq diləyirəm.


Teqlər:





Xəbər lenti