Prezident generala məktub yazdı

Prezident generala məktub yazdı
  25 Yanvar 2015    Oxunub:2332
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 24-də Avstraliya İttifaqının General-Qubernatoru Piter Kosqroyva Avstraliya günü münasibəti ilə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Hörmətli cənab General-Qubernator,

Ölkənizin milli bayramı – Avstraliya günü münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Bu gün Azərbaycan-Avstraliya münasibətləri yeni inkişaf mərhələsinə daxil olmuşdur. Ölkələrimiz arasında intensivləşən siyasi əlaqələr iqtisadi və humanitar sahələrdə əməkdaşlığımızın genişlənməsi üçün yaxşı imkanlar açmışdır. Ümidvaram ki, Azərbaycan ilə Avstraliya arasındakı dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı yolunda qarşılıqlı səylərimizi bundan sonra da davam etdirəcəyik.

Bu bayram günündə Sizə ən xoş arzularımı yetirir, dost Avstraliya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm".


Teqlər:





Xəbər lenti