Prezident dərmanların qiymətindən danışdı

Prezident dərmanların qiymətindən danışdı
  07 Oktyabr 2015    Oxunub:2482
“Bəzi dərmanların qiymətləri bir neçə dəfə aşağı düşmüşdür. Eyni zamanda, keyfiyyətə də böyük diqqət göstərilir. Bu məsələ tədricən öz həllini tapır. Əminəm ki, ilin sonuna qədər əksər dərman preparatlarının qiymətləri aşağı düşəcək. Çünki dövlət bu sahəni öz nəzarətinə götürüb”

AzVision.az xəbər verir ki, bu fikirləri prezident İlham Əliyev Göyçay rayonuna səfəri zamanı ictimaiyyət nümayəndələri ilə görüşündə deyib.

Ölkə başçısı satışa çıxarılan dərman preparatlarının qiymətinə toxunaraq qeyd edib ki, bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq.

“Biz bazar iqtisadiyyatı şəraitində yaşayırıq və açıq bazar hər şeyi tənzimləyir, o cümlədən qiymətləri. Ancaq biz gördük ki, Azərbaycanda dərman preparatlarının qiyməti qonşu ölkələrlə müqayisədə yüksəkdir. Başladıq bu məsələni araşdırmağa, gördük ki, burada çox böyük boşluqlar var, həm qaydalarda, həm tənzimləmə mexanizmlərində. Ona görə indi dövlət bu missiyanı öz üzərinə götürüb. Bütün dərmanların qiyməti hər bir satış məntəqəsində eyni olacaq. Keyfiyyət də yüksək səviyyədə olacaq. Bu, çox ciddi sosial təşəbbüsdür. Eyni zamanda, insanların sağlamlığına, xüsusilə yaşlı nəslin sağlamlığına bunun bilavasitə böyük təsiri var”.

AzVision.az


Teqlər:  





Xəbər lenti