Prezident bir neçə icra başçısını vəzifədən azad etdi- SƏRƏNCAM

Prezident bir neçə icra başçısını vəzifədən azad etdi- SƏRƏNCAM
  02 Sentyabr 2015    Oxunub:8068
Azərbaycan Prezidenti İlham Əliyev Eldar Əziz oğlu Əzizovun Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Zakir Fərəc oğlu Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin edilib.

Başqa bir sərəncamla isə Zakir Fərəc oğlu Fərəcov Abşeron rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Azərbaycan Prezidenti İlham Əliyev Nəsib Məhəmməd oğlu Məhəməliyevin Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Nəsimi rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.

Başqa bir sərəncamla isə Asif Yunis oğlu Əsgərov Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezident İlham Əliyev, həmçinin Eldar Əziz oğlu Əzizovun Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzalayıb.
AzVision.az


Teqlər:  





Xəbər lenti