Prezident baş naziri istefaya göndərdi

Prezident baş naziri istefaya göndərdi
  24 Aprel 2015    Oxunub:1959
Qırğızıstan Prezidenti Aparatının informasiya siyasəti şöbəsinin yaydığı məlumata görə, dövlət başçısı Almazbek Atambayev “Qırğız Respublikası Baş nazirinin və hökumətin istefası haqqında” Fərman imzalayıb.
AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, fərmanda Baş nazir, Baş nazirin birinci müavini, müavinləri, hökumətin üzvləri, inzibati idarələrin rəhbərlərindən xahiş olunur ki, yeni hökumətin tərkibi elan olunana qədər öz səlahiyyətlərini icra etsinlər.

Xatırladaq ki, Qırğızıstan Joqorku Keneşinin dünənki iclasında ölkənin Baş naziri Comart Otorbaev istefa verdiyini bildirmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti