Prezident baş katibi qəbul etdi

Prezident baş katibi qəbul etdi
  18 Dekabr 2014    Oxunub:1461
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 18-də Sosialist İnternasionalının baş katibi Luis Ayalanı qəbul edib.
AzVision.az xəbər verir ki, Sosialist İnternasionalının baş katibi Luis Ayala Azərbaycan Sosial Demokrat Partiyasının 25 illik yubiley konfransında iştirak etmək üçün ölkəmizə səfərindən məmnun olduğunu bildirdi. O, Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi.

Prezident İlham Əliyev Azərbaycanda bütün sahələrin inkişafı ilə bağlı əldə olunan nailiyyətlərdən danışdı.

Görüşdə beynəlxalq əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AzVision.az


Teqlər:  





Xəbər lenti