Prezident avstriyalı həmkarını təbrik edib

Prezident avstriyalı həmkarını təbrik edib
  25 May 2016    Oxunub:972
Azərbaycan prezidenti İlham Əliyev Aleksander Van der Belleni Avstriyanın federal prezidenti seçilməsi münasibəti ilə təbrik edib.
AzVision.az-ın məlumatına görə, dövlət başçısının məktubunda deyilir:

“Avstriya Respublikasının federal prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə sizi səmimi qəlbdən təbrik edirəm. Azərbaycan-Avstriya münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Ümidvaram ki, dövlətlərarası münasibətlərimizin daim möhkəmləndirilməsi, əməkdaşlığımızın bütün sahələrdə müvəffəqiyyətlə davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Avstriya xalqının rifahı naminə qarşıdakı fəaliyyətinizdə uğurlar diləyirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti