Prezident almaniyalı həmkarına başsağlığı verib

Prezident almaniyalı həmkarına başsağlığı verib
  23 İyul 2016    Oxunub:1712
Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Prezidenti Yoaxim Qauka başsağlığı verib.
Başsağlığında deyilir: “Hörmətli cənab Prezident, Münxendə ticarət mərkəzinə silahlı hücum nəticəsində insanların həlak olması və yaralanması xəbəri məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Almaniya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

AzVision.az


Teqlər:  





Xəbər lenti