Prezident Samir Şərifova yeni müavin təyin etdi

Prezident Samir Şərifova yeni müavin təyin etdi
  28 İyun 2016    Oxunub:9152
Azərbaycan prezidenti İlham Əliyev maliyyə nazirinə yeni müavin təyin edib.

Bu barədə AzVision.az-a Maliyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mais Piriyev məlumat verib.

Bildirib ki, ölkə başçısının 24 iyun 2016-cı il tarixli sərəncamı ilə Emin Zamin oğlu Hüseynov maliyyə nazirinin müavini təyin olunub.

Qeyd edək ki, E.Hüseynov bundan əvvəl Azərbaycan Mərkəzi Bankında və Dünya Bankında çalışıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti