Prezident İlham Əliyev rəsmi qəbulda - FOTOLAR

Prezident İlham Əliyev rəsmi qəbulda - FOTOLAR
  27 May 2016    Oxunub:5101
Mayın 27-də “Buta” sarayında Azərbaycanın milli bayramı – Respublika Günü münasibətilə rəsmi qəbul keçirilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev rəsmi qəbulda iştirak edib. Dövlətimizin başçısı tədbirdə nitq söylədi.

Sonra dövlət mükafatlarının təqdim edilməsi mərasimi oldu.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2016-cı il üçün elm və ədəbiyyat sahələrində dövlət mükafatları təqdim edildi.

Elm üzrə dövlət mükafatları Ramiz Məmmədov, Elbrus Əlizadə, Məhərrəm Həsənov və Zakir Eminova, ədəbiyyat üzrə mükafat isə Fikrət Qocaya təqdim olundu.

**

Hazırda “Buta” sarayında 28 May - Respublika gününə həsr olunmuş rəsmi qəbul keçirilir.

AzVision.az-ın əldə etdiyi məlumata görə, mərasimdə Azərbaycan Prezident İlham Əliyev iştirak edir.

Həmçinin, tədbirə Azərbaycanın hökumət və dövlət rəsmiləri, millət vəkilləri və digər şəxslər qatılıblar.

Elvin Abdulqədirov
AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti