Prezident Putinin hədiyyəsini muzeyə bağışladı

Prezident Putinin hədiyyəsini muzeyə bağışladı
  02 Oktyabr 2014    Oxunub:2195
Ölkə Prezidenti Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib

Ölkə Prezidenti cənab İlham Əliyev AMEA Milli Azərbaycan Tarixi Muzeyinə erkən orta əsrlərə aid saxsı qab hədiyyə edib.

AMEA-dan AzVision.az-a verilən məlumata görə, muzeyin direktoru Nailə Vəlixanlının sözlərinə görə, saxsı qab sentyabrın 29-da Həştərxanda Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammitində Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən dövlət başçımıza təqdim edilib. Bu qədim dövr nümunəsi ötən əsrin 30-cu illərində Xəzər dənizinin Bakıətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb.

N.Vəlixanlı muzeyə göstərdiyi diqqət və etimada görə ölkə rəhbərinə təşəkkürünü bildirib. O, eksponatın muzeyin ekspozisiyasında yer alacağını vurğulayıb.



Mirvari Nəcəf




Teqlər:  





Xəbər lenti