Prezident Praqada gürcü həmkarı ilə görüşdü

Prezident Praqada gürcü həmkarı ilə görüşdü
  25 Aprel 2014    Oxunub:812
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 24-də Praqada Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili ilə görüşüb.

AzVision.az AzərTAc-a istinadən xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişafından razılıq bildirilib, yüksək səviyyəli regional əməkdaşlığın bu əlaqələrə töhfə verdiyi qeyd olunub.

Enerji sahəsində əməkdaşlığın uğurlu olduğu vurğulanıb
.
Azərbaycan ilə Gürcüstan arasında turizm, mədəniyyət, təhsil, idman və digər sahələrdə əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın mövcudluğu qeyd edilib.

Gürcüstan Prezidenti Giorgi Marqvelaşvili Prezident İlham Əliyevi ölkəsinə səfərə dəvət edib.


Teqlər:  





Xəbər lenti