Prezident Mərakeş kralını təbrik edib

Prezident Mərakeş kralını təbrik edib
  29 İyul 2016    Oxunub:1393
Azərbaycan Prezidenti İlham Əliyev Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə təbrik məktubu ünvanlayıb.
Təbrikdə deyilir:

"Əlahəzrət, əziz qardaşım, ölkənizin milli bayramı – Taxt-tac günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Mərakeş arasındakı qarşılıqlı inam və dəstəyə əsaslanan ənənəvi dostluq və əməkdaşlıq münasibətləri bundan sonra da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Mərakeş xalqına daim sülh və rifah diləyirəm".

AzVision.az


Teqlər:  





Xəbər lenti