Prezident Litva xarici işlər nazirini qəbul edib

Prezident Litva xarici işlər nazirini qəbul edib
  21 Oktyabr 2014    Oxunub:1196
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu gün Litva Respublikasının xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsindən məmnunluq ifadə olundu, ölkələrimiz arasında müxtəlif istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi, enerji, ticarət, təhsil və digər sahələrdə əməkdaşlıq imkanlarını genişləndirmək ətrafında fikir mübadiləsi aparılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti