Prezident Krallığın baş sərhədçisini qəbul edib

Prezident Krallığın baş sərhədçisini  qəbul edib
  18 Aprel 2014    Oxunub:930
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 18-də Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvatın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan dövlətimizin başçısı ölkələrimiz arasında mövcud dostluq münasibətlərinin önəmini qeyd edib. Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğunu vurğulayan Prezident İlham Əliyev mədəniyyət və humanitar sahələrdə də əməkdaşlığımızın razılıq doğurduğunu bildirdi. Sərhəd xidmətləri arasında da əməkdaşlığın inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayan dövlətimizin başçısı bu sahədə birgə fəaliyyət, qarşılıqlı təcrübə və informasiya mübadiləsinin ölkələrimizin təhlükəsizliyinin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib.

Səudiyyə Ərəbistanı Krallığı Sərhəd Xidmətinin baş direktoru Zumeyyim bin Cuveybir Əs-Səvvat ölkəmizə ötənilki səfərini məmnunluqla xatırladı. Zumeyyim bin Cuveybir Əs-Səvvat azərbaycanlı həmkarları ilə əməkdaşlığın inkişaf etdirilməsi məsələləri barədə müzakirələr apardıqlarını vurğulayıb.


Teqlər:  





Xəbər lenti