Prezident Davudoğlunun şərəfinə ziyafət verdi

Prezident Davudoğlunun şərəfinə ziyafət verdi
  20 Sentyabr 2014    Oxunub:1742
Prezident İlham Əliyev Türkiyənin yeni baş naziri Əhməd Davudoğlunun şərəfinə bu gün şam yeməyi verib.
AzVision.az xəbər verir ki, şam yeməyi Dövlət Bayraq Meydanı restoranında təşkil olunub.

Şam yeməyinə bir çox rəsmi şəxslər qatılıb. Mətbuata qapalı keçirilən şam yeməyi 2 saat davam edib.

Eyni zamanda prezident İlham Əliyevin adından “Cənub” qaz dəhlizinin təməlqoyma mərasimində və “Əsrin müqaviləsi”nin imzalanmasının 20-ci ildönümünə həsr olunmuş tədbirdə iştirak etmək üçün ölkəmizdə səfərdə olan dövlət və hökumət başçılarının şərəfinə şam yeməyi verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti