Prezident universitetlə bağlı fərman verdi

Prezident universitetlə bağlı fərman verdi
  21 Fevral 2017    Oxunub:1843
Azərbaycan prezidenti İlham Əliyev “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin Nizamnaməsi”nin təsdiq edilməsi və “Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” 2016-cı il 8 noyabr tarixli sərəncamında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

“Bakı Mühəndislik Universitetinin yaradılması haqqında” sərəncamda aşağıdakı dəyişikliklər edilib:

Adında “Bakı Mühəndislik Universitetinin” sözləri “Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilib;

1-ci hissədə “bu sahədə ali” sözləri “orta ixtisas, ali” sözləri ilə, “Bakı Mühəndislik Universiteti” sözləri “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxs” sözləri ilə əvəz edilib;

2.1-ci və 2.5-ci bəndlərdə “Bakı Mühəndislik Universitetinin” sözləri “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin” sözləri ilə əvəz edilib.

Müəyyən edilib ki, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu Azərbaycan Respublikasının prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.1-ci və 8.2.2-ci maddələrində nəzərdə tutulan səlahiyyətlərini Azərbaycan prezidenti həyata keçirir, “Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” qanunun 8.2.3-cü, 8.2.4-cü (“Bakı Mühəndislik Universiteti” publik hüquqi şəxsin rektorunu vəzifəyə təyin və vəzifədən azad etmək səlahiyyəti istisna olmaqla), 8.2.5-ci və 8.2.6-cı maddələrində nəzərdə tutulan səlahiyyətlərini Təhsil Nazirliyi həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti