Prezident pakistanlı həmkarına başsağlığı verib

Prezident pakistanlı həmkarına başsağlığı verib
  08 Dekabr 2016    Oxunub:1679
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynə başsağlığı verib.
AzVision.az-ın məlumatına görə, məktubda bildirilir:

"Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş təyyarə qəzası nəticəsində çoxsaylı insan tələfatı barədə xəbər məni son dərəcə kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm".

AzVision.az


Teqlər:





Xəbər lenti