Prezident Xocalı abidəsini ziyarət edib - Video

Prezident Xocalı abidəsini ziyarət edib - Video
  26 Fevral 2017    Oxunub:3167
Prezident İlham Əliyev Xocalı soyqırımı abidəsinin önünə əklil qoyub, faciə qurbanlarının xatirəsini ehtiramla yad edib.
AzVision.az xəbər verir ki, Azərbaycanın birinci xanımı, Birinci vitse-prezident xanım Mehriban Əliyeva, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev, Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva abidənin önünə tər çiçəklər qoydular.

Dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, nazirlər, komitə və şirkətlərin rəhbərləri, diplomatik korpusun nümayəndələri, dini konfessiyaların başçıları, habelə qırğından xilas ola bilmiş Xocalı sakinləri də abidənin önünə güllər düzdülər.



AzVision.az


Teqlər:





Xəbər lenti