Prezident 5 ildən sonra Moskvaya gedir

Prezident 5 ildən sonra Moskvaya gedir
  28 Oktyabr 2016    Oxunub:2242
Türkmənistan prezidenti Qurbanqulu Berdiməhəmmədov noyabrın 1-də Rusiyaya səfər edəcək.
AzVision.az “RİA novosti”yə istinadən xəbər verir ki, bu barədə Türkmənistan XİN-i məlumat yayıb.

“Türkmənistan prezidenti noyabrın 1-də Rusiya federasiyasına səfər edəcək”, - deyə XİN-in yaydığı məlumatda bildirilir.

Səfərin digər təfərrüatları açıqlanmır.

Qeyd edək ki, Türkmənistan prezidenti sonuncu dəfə Rusiyaya 2011-ci ilin dekabrında səfər edib.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti