Poroşenkodan Yatsenyuka inanılmaz təklif

Poroşenkodan Yatsenyuka inanılmaz təklif
  31 Oktyabr 2014    Oxunub:2712
Pyotr Poroşenko öz blokuna Arseniy Yatsenyuku Ukraynanın baş naziri kimi təqdim edib.
Bu barədə AzVision.az Ukrayna KİV-nə istinadən xəbər verir.

“Pyotr Poroşenko Blokuna” Arseniy Yatsenyukun namizədliyini baş naziri postuna irəli sürməyi təklif etdim”, - deyə Pyotr Poroşenko öz “Twitter” səhifəsində yazıb.

Daha əvvəl Ukraynanın baş naziri, “Xalq Cəbhəsi” partiyasının lideri Arseniy Yatsenyuk ölkə prezidenti Pyotr Poroşenkonun birgə koalisiya yaratmaq təklifindən imtina edib.

Belə ki, Yatsenyuk “Özünəkömək” partiyasının lideri, Lvov şəhərinin meri Andrey Sadavova, Ukraynanın sabiq prezidenti Yuliya Timoşenkonun rəhbəri olduğu “Batkivşina” partiyası və Oleq Lyaşkonun radikal partiyasına koalisiya yaratmaq barədə təklif göndərib.
Qeyd edək ki, Ukraynada bazar günü keçirilən parlament seçkiləri keçirilib. Hazırda protokolların 98.02 faizi hesablanıb.

Hazırda baş nazir Arseniy Yatsenyukun liderlik etdiyi “Xalq Cəbhəsi” 22,16%-lə irəlidədir. Ölkə prezidenti Pyotr Poroşenkonun bloku isə seçicilərin 21,82%-nin səsini toplayıb.

Eldar Tanrıverdiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti