Poroşenko yeni PA rəhbəri təyin etdi

Poroşenko yeni PA rəhbəri təyin etdi
  29 Avqust 2016    Oxunub:1496
Ukrayna dövlətinin başçısı Pyotr Poroşenko İqor Raynini Prezident Administrasiyasının (PA) rəhbəri təyin edib.
Prezident Pyotr Poroşenko bu barədə Milli İslahatlar Şurasının iclasında bildirib.

Prezident deyib: “Mən İqor Lvoviç Raynini Prezident Administrasiyasının rəhbəri təyin etmişəm”.

Dövlət başçısı Boris Lojkinin bu vəzifədən istefa verdiyini də diqqətə çatdırıb.

İqor Raynin 1973-cü il avqustun 6-da anadan olub. Dövlət idarəçiliyi üzrə elmlər namizədi, Ukraynanın əməkdar iqtisadçısıdır. 2014-cü il noyabrın 17-dən 2015-ci il fevralın 3-dək Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini vəzifəsini tutub. 2015-ci il fevralın 3-dən Xarkov Vilayət Dövlət Administrasiyasının sədri vəzifəsində çalışıb. (Azərtac)

AzVision.az


Teqlər:  





Xəbər lenti