Poroşenko Azərbaycandan Qazaxıstana uçdu

Poroşenko Azərbaycandan Qazaxıstana uçdu
  08 Oktyabr 2015    Oxunub:3211
Oktyabrın 8-i təxminən günorta saatlarında Ukrayna prezidenti Pyotr Poroşenko ikigünlük Qazaxıstana gedib.
AzVision.az xarici KİV-ə istinadən xəbər verir ki, “FlightRadar” online-servisinə əsasən o, “AN-18” nömrəli təyyarə ilə Qara dəniz üzərindən uçub.

Bundan sonra təyyarə Türkiyə sahilləri, daha sonra Gürcüstan, Azərbaycan və Xəzər dənizi üzərindən hərəkət edib. Belə bir çətin marşrut Rusiya ilə vəziyyətin kəskinləşməsi və öz ölkələri üzərindən qarşılıqlı olaraq uçuşların qadağan olunması ilə bağlıdır.

Poroşenko bu gün Qazaxıstanda baş nazir Kərim Məsimovla görüşəcək. Onun sabah qazaxı həmkarı Nazarbayevlə görüşəcəyi gözlənilir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti