Polşadan İlham Əliyevə dəstək - Bəyanat

Polşadan İlham Əliyevə dəstək - Bəyanat
  24 Oktyabr 2014    Oxunub:2782
Polşanın Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyevin oktyabrın 17-də imzaladığı əfv Sərəncamını alqışlayan bəyanat yayıb.
Polşa Xarici İşlər Nazirliyinin rəsmi saytında yer almış bəyanatda bildirilir ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən 80 nəfərdən artıq insan azadlığa buraxılıb.

Qeyd edilir ki, beynəlxalq ictimaiyyət tərəfindən alqışlanan bu Sərəncam Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində atılmış müsbət addımdır.

AzVision.az


Teqlər:





Xəbər lenti