Polisin tapa bilmədiyi oğlanı azərbaycanlı falçı tapdı - FOTO

Polisin tapa bilmədiyi oğlanı azərbaycanlı falçı tapdı  - FOTO
  11 Fevral 2016    Oxunub:27934
Astanada Ust-Kamenqorsk şəhərində 23 yaşlı tələbə Yerasıl Aubakirov itkin düşüb.
AzVision.az `YK-news.kz`-a istinadən xəbər verir ki, fevralın 3-də itkin düşən tələbə Astanada Tibb Universitetinin 6-cı kursunda oxuyurmuş.

Astana polisi onun cəsədinin fevralın 10-u axşam saatlarında tapıldığını açıqlayıb.

Məlum olub ki, onun cəsədinin yerini Azərbaycandan Astanaya çağırılan ekstrasens Kamran Səmədov deyib.

“İtkin düşən şəxsin yaxınları fevralın 9-da müraciət etdilər və növbəti gün mən Astanaya yollandım. Valideynlərə dərhal Yerasılın sağ olmadığını dedim. Onlara bildirdim ki, oğlanın cəsədi hardasa soyuqda, qarın altında və ya zirzəmidədir. Xəritədə cəsədin yerini göstərdim və elə həmin axşam polislər orada öldürülən gəncin cəsədini tapdılar. Polislərin mənim göstərdiyim yerdə qəsdən axtarış aparıb-aparmadıqlarını dəqiq bilmirəm. Əgər qohumlar Yerasılın itkin düşdüyü gün mənə müraciət etsəydilər, bəlkə də onu sağ tapmaq mümkün olardı. Onu döyüb, öldürüblər”, - deyə Kamran Səmədov bildirib.



Ekstrasens öz təhlükəsizliyi ilə bağlı cinayətin detallarını açıqlamayıb: “Əgər Yerasılın qatillərinin tapılması ilə bağlı hökumət rəsmiləri rəsmən mənə müraciət etsə və təhlükəsizliyimi təmin etsələr, mən onlara yardım edərəm”.

Qeyd edək ki, Yerasılın qətlə yetirilməsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub. Hadisənin təfərrüatları açıqlanmır.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti