Polisə sürücüləri təqib etmək imkanı verildi - QANUN

Polisə sürücüləri təqib etmək imkanı verildi - QANUN
  18 Aprel 2014    Oxunub:1041
Bu gün Milli Məclisin növbəti plenar iclasında Azərbaycanda yol polisinə daha çox hansı hallarda sürücüləri təqib etmək imkanı verən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsi qəbul edilib.
AzVision.az xəbər verir ki, qanun layihəsinə əsasən, bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.

Qanun layihəsində nəzərdə tutulan dəyişikliyə əsasən, "Yol hərəkəti haqqında" qanunun 85-ci maddəsində (Yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşının hərəkətləri) 2-ci bəndin "Qeyd" hissəsinin dördüncü cümləsi aşağıdakı redaksiyada verilir:

"Nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda, yaxud nəqliyyat vasitəsinin sürücüsü öz hərəkətləri ilə insan həyatına və sağlamlığına real təhlükə yaratdıqda, nəqliyyat vasitəsi təhlükəsizlik şərtlərinə əməl edilməklə və müvafiq icra hakimiyyəti orqanının yuxarı vəzifəli şəxsinə radio-cihaz vasitəsilə məlumat verilməklə təqib edilə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edilə bilər".

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti