Polis rəisi və ailəsini öldürən daha bir nəfər tutuldu

Polis rəisi və ailəsini öldürən daha bir nəfər tutuldu
  04 May 2016    Oxunub:2544
Rusiyada Samara vilayətinin Sızran rayonunun keçmiş polis rəisi, istefada olan polkovnik Andrey Qoşt və onun ailə üzvlərinin ölümündə şübhəli bilinərək axtarışa verilən dördüncü şəxs saxlanılıb.
AzVision.az xəbər verir ki, bunu Daxili İşlər Nazirlyinin Samara vilayəti üzrə Baş İdarəsinin rəisi Serqey Solodovnikov deyib. Onun sözlərinə görə, şübhəli şəxs Tacikistandan Əfqanıstana keçən zaman sərhəddə saxlanılıb:

“Saxlanılan şəxs qətlin baş verdiyi gün vilayətdən gedib. Ehtimal edilir ki, həmin şəxs qatilləri keçmiş rəisin evinə gətirib” – deyə o, əlavə edib.

Lakin S. Solodovnikov saxlanılan şəxsin adını açıqlamayıb.

Qeyd edək ki, aprelin 24-də Sızran rayonunun İvaşevka qəsəbəsində yerləşən mənzildə ikisi kişi, dördü qadın olmaqla, 6 nəfərin meyiti tapılıb. Öldürülənlərdən biri Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt, digərləri isə onun ailə üzvləri olub. Ölümünə qədər A.Qoşt DİN-in Samara vilayəti üzrə Baş İdarəsinin rəis müavini vəzifəsində çalışıb.

Hadisəni törətməkdə şübhəli bilinən 3 Azərbaycan vətəndaşı - Babayev İslam Arzu oğlu, Zöhrabov Orxan Şirəli oğlu və Fətəliyev Roman Rauf oğlu həbs edilib. Məhkəmə onların barəsində iki aylıq müddətinə həbs qətimkan tədbiri seçib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti