Polis olmaq istəyənlərin nəzərinə

Polis olmaq istəyənlərin nəzərinə
  25 Noyabr 2014    Oxunub:1600
Ramil Usubov polis orqanlarında işləmək istəyən şəxsləri qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində və Daxili Qoşunların müddətdən artıq hərbi xidmətində işləmək arzusunda olan, yaşı 20 ilə 30 arasında, boyu 180 santimetr və yuxarı, idman cüssəli, həqiqi hərbi xidmət keçmiş, əvvəllər məhkum olunmamış, tam orta təhsilli Sumqayıt, Abşeron, Qobustan, Qubadlı və Zəngilan rayon sakinləri müraciət edə bilərlər.

Qəbul 29 noyabr 2014-cü il tarixdə saat 12.00-da Sumqayıt Şəhər Polis İdarəsində Azərbaycan Respublikasının daxili işlər naziri tərəfindən keçiriləcək.

Qəbula gələn şəxslər Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsini təqdim etməlidir.

AzVision.az


Teqlər:





Xəbər lenti