Polis idarələrində qəfil yoxlama

Polis idarələrində qəfil yoxlama
  28 May 2015    Oxunub:2426
Ombudsman aparatının Milli Preventiv Qrupunun üzvləri Sabunçu və Suraxanı Rayon Polis İdarəsinin müvəqqəti saxlama yerlərinə əvvəlcədən xəbərdarlıq etmədən planlı başçəkmələr həyata keçiriliblər.
Ombudsman aparatından AzVision.az-a verilən məlıumata görə, başçəkmələrdə məqsəd saxlanılma şəraitinin və rəftarın araşdırılması, saxlanılan şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvəqqəti saxlama yerlərinin daxili intizam qaydalarına müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.

Başçəkmələr zamanı qrup üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan şəxslər fərdi qaydada qəbul edilib, onlarla konfidensial şəraitdə söhbətlər aparılıb.

Saxlanılan şəxslər şəraitdən və rəftardan narazılıq etməyib, onlara hüquqları və Ombudsmanın səlahiyyətləri izah olunub, hüquqi məsləhətlər, müəssisələrin rəhbərliyinə saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı müvafiq tövsiyələr verilib.

Başçəkmələrin nəticəsi ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacaq.


Teqlər:  





Xəbər lenti