Polis əməkdaşı qəzada öldü - Yenilənib

Polis əməkdaşı qəzada öldü - Yenilənib
  30 Oktyabr 2014    Oxunub:2148
Qəza nəticəsində ağır bədən xəsarətləri alan Rza Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Xəstəxananın həkimi Şahin Quliyevin sözlərinə görə yaralının həyatını xilas etmək mümkün olmayıb.
***

Samux rayon Prokurorluğundan APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə bu gün axşam saatlarında rayonun Əhmədbəyli kəndi ərazisində baş verib.

Samux rayon sakini, 1990-cı il təvəllüdlü Həmzəyev Rza Rövşən oğlu idarə etdiyi “VAZ 2109” markalı avtomobillə hərəkətdə olarkən avtomobili aşırdıb. Qəza nəticəsində ağır bədən xəsarətləri alan R. Həmzəyev Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib.

Məlumata görə, Rza Həmzəyev Samux rayon Polis Şöbəsinin Post Patrul xidmətinin əməkdaşıdır.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti