Polis rəisi və ailəsini öldürən azərbaycanlılar məhkəmə qarşısında

Polis rəisi və ailəsini öldürən azərbaycanlılar məhkəmə qarşısında
  24 Oktyabr 2016    Oxunub:2314
Rusiyada Samara vilayət məhkəməsi Sızran rayonunun keçmiş polis rəisi Andrey Qoşt və 5 ailə üzvünü xüsusi qəddarlıqla öldürən azərbaycanlılarla bağlı ilkin dinləmə keçirir.
AzVision.az xəbər verir ki, qətli tördənələr məhkəmə məhkəmə zalına gətirilib. İclas mətbuat üçün qapalı rejimdə keçirilir.

Məhkəmə iclasında tərəflərin vəsatətinə baxılması, eləcə də işin mahiyyəti üzrə baxılmasına başlanması vaxtı təyin edilməlidir.

Qeyd edək ki, İslam Babayev, Orxan Zöhrabov, Roman Fətəliyev və tacik Məhəmmədəli Əhmədov haqqında daha əvvəl 2 aylıq həbs qətimkan tədbiri seçilmişdi.

Xatırldaq ki, keçmiş polis rəisi A. Qoşt və 5 ailə üzvü (polkovnikin arvadı, qardaşının arvadı, qardaşı qızı və valideynləri) Sızran rayonunun İvaşevka qəsəbəsində öldürülüb. Öldürülənlərin meyitləri aprelin 24-də səhər aşkar olunub. Qətlin qarət məqsədilə törədildiyi ehtimal edilir.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti