Pirallahıda Silahlı Qüvvələr Günü qeyd olunub

Pirallahıda Silahlı Qüvvələr Günü qeyd olunub
  25 İyun 2013    Oxunub:1951
Pirallahıda N saylı hərbi hissədə Silahlı Qüvvələr Gününə həsr edilmiş bayram tədbiri keçirilib
Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikası himninin möhtəşəm sədaları ilə açıq elan edildi.

RİH aparatının məsul əməkdaşı İlqar Məmmədli Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini hərbi hissənin zabit və əsgər heyətinə çatdırdı.

Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin möhtəşəm tarixindən söz açan natiq Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Prezident Fərmanı ilə 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğuladı, xalqımıza növbəti bayram tədbirlərini Qarabağda, Şuşada keçirməyi arzuladı.

Hərbi hissənin sözlü-nəğməli qonaqlarına “Xoş gəlmisiniz!” deyən komandir, mayor Yaşar Tağıyev ölkənin Silahlı Qüvvələrinə göstərilən qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə zabit, gizir və sıravi əsgərlərin minnətdarlığını çatdırdı.

Hərbi xidmətdə olan, Vətən qarşısında borcunu yerinə yetirən insanları diqqətdən kənarda qoymadıqları üçün Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Əliağa Mirzəyevə hərbçilərin dərin təşəkkürlərini ifadə edən Y.Tağıyev təcavüzkarı işğal olunmuş ərazilərdən rədd etmək üçün hər bir an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını vurğuladı.

Sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət ansamblı, 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupu, “Bulaq” körpələr evi - uşaq bağçasının yetirmələri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər.


AzVision.az



Teqlər:





Xəbər lenti