Peyntbol turniri keçiriləcək

Peyntbol turniri keçiriləcək
  03 Mart 2015    Oxunub:1963
“5 mart Bədən tərbiyəsi və idman günü”nün 10 illiyi münasibəti ilə peyntbol turniri keçiriləcək.

Turnir Milli Olimpiya Komitəsi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Silahli Qüvvələrinin Təlim- Tədris Mərkəzi, AR Müdafiə Nazirliyinin Hərbi Akademiyası, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyası, Bakı şəhəri Gənclər və İdman Baş İdarəsi və Azərbaycan Peyntbol Federasiyasının birgə əməkdaşlığı ilə təşkil olunacaq.

Yarışda Azərbaycan Respublikası Silahlı Qüvvələrinin şəxsi heyət üzvləri, Azərbaycan Respublikası Prezidenti yanında İdarəçilik Akademiyasında təhsil alan Prezident təqaüdçüləri və digər gənclər iştirak edəcəklər.

Tarix: 04 mart 2015-ci il, Saat 15:00
Keçiriləcəyi yer: Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi (`Salyanski kazarma`)
Əlaqə: Amil Hacıyev (055) 280 0102
Natiq Nəsirov (050) 398 4774


Teqlər:





Xəbər lenti