Permyakova ömürlük həbs cəzası verildi

Permyakova ömürlük həbs cəzası verildi
  23 Avqust 2016    Oxunub:2475
Ermənistanda 2015-ci ilin yanvar ayının 12-də Avetisyan ailəsinin 7 üzvünü qətlə yetirməkdə ittiham edilən rus hərbçi Valeri Permyakovun işi üzrə məhkəmə prosesi yekunlaşıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, məhkəmə Permyakova ömürlük həbs cəzası verib.

Qeyd olunub ki, V. Permyakov irəli sürülən bütün ittihamlar üzrə təqsirkar sayılıb. Bura Avetisyan ailəsinin 7 üzvünün qətlə yetirilməsi, quldurluq məqsədi ilə hücum və sərhədi qanunsuz keçmə cəhdi aiddir.

Məhkəmənin keçirildiyi binada təhlükəsizik tədbirləri gücəndirilib. Qərar açıqlanarkən məhkəmə zalından zərərçəkənlərin yaxınlarından heç kim məhkəmə zalında olmayıb.

Qeyd edək ki, Permyakov 2015-cilin yanvarın 12-də Gümrüdə Avetisyanlar ailəsinin 7 üzvünü güllələyib. Hadisə yerində ailənin 6 üzvü həlak olub. Bir nəfər altı aylıq uşaq isə ağır yaralı halda xəstəxanaya aparılıb. O, 19 yanvarda dünyasını dəyişib.

Xatırladaq ki, daha əvvəl Ermənistanın “Joxovurd” qəzeti isə, Permyakovun cəzasını çəkmək üçün Rusiyaya göndəriləcəyini yazıb: “Ermənistan və Rusiya hakimiyyəti bunun Ermənistanda etirazla qarşılanacağını bildiklərindən Permyakovu 2013-cü il iyulun 13-də avtomobil qəzası törətdiyi üçü Rusiya həbsdə olan Qraç Arutyunyanla dəyişməyi müzakirə edir.Başqa sözlə, Permyakov Rusiyaya yola salınan kimi Arutyunyanın da Ermənistanın hüquq-mühafizə orqanlarına təhvil verildiyi elan olunacaq”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti