Pensiyaçıların şikayətlərinə baxılacaq

Pensiyaçıların şikayətlərinə baxılacaq
  02 Oktyabr 2014    Oxunub:1557
DSMF-nin sədri Elman Mehdiyev Lənkəranda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev 9 oktyabr 2014-cü il tarixdə, saat 11:00-da Lənkəran şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Lənkəran, Astara, Masallı, Lerik və Yardımlı rayonlarının sakinləri olan məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar üçün qəbul keçirəcək.

Fondun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, qəbula yazılmaq və əlavə məlumat almaq istəyən vətəndaşlar DSMF-nin [email protected] elektron poçt ünvanı, həmçinin aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Fondun Aparatında (012) 434-12-34
Lənkəran rayon şöbəsində (02525) 5-08-59
Astara rayon şöbəsində (02522) 5-31-09
Masallı rayon şöbəsində (02521) 5-44-66
Lerik rayon şöbəsində (02527) 4-40-31
Yardımlı rayon şöbəsində (02520) 6-12-33

Qəbulda iştirak edəcək vətəndaşların oktyabrın 9-da DSMF-nin müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçiriləcəyi ünvana aparılıb-gətirilmələri təmin olunacaq.




Teqlər:  





Xəbər lenti