Pelenin oğlu həbs edildi

Pelenin oğlu həbs edildi
  25 Fevral 2017    Oxunub:2550
Əfsanəvi braziliyalı futbolçu Pelenin oğlu Edson Şolbi Nasimentu (Edinyo) həbs olunub.
AzVision.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, o, 13 illik həbs cəzasını çəkmək üçün polisə gəlib.

Qeyd olunub ki, 2014-cü ildə məhkəmə onun barəsində narkotacirlərdən alınmış çirkli pulların yuyulmasında təqsirli bilərək 33 il müddətinə həbs qərarı çıxarmışdı. Ancaq apellyasiya şikayətinə baxıldığı üçün o, müvəqqəti azadlıqda olub.

Fevralın 23-də məhkəmə ittiham hökmünü tam təsdiqləyib və cəzanı yüngülləşdirərək 12 il 10 aya endirib. 46 yaşlı Edinyo fevralın 24-də Santos şəhərinin polis məntəqələrindən birinə gəlib: “Çox məyusam, çünki məni etmədiyim cinayətdə - çirkli pulların yuyulmasında ittiham edirlər”, - deyə o bildirib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti