Pele özünü yaxşı hiss edir

Pele özünü yaxşı hiss edir
  28 Noyabr 2014    Oxunub:1077
Xəstəxanaya yerləşdirilən futbol əfsanəsi Pele özünü yaxşı hiss etdiyini deyib.
İntensiv terapiya palatasına keçirildiyi barədə məlumatları təkzib edən Pele onun səhhəti ilə maraqlanan bütün pərəstişkarlarına minnətdarlığını bildirib və müalicəsini davam etdirmək üçün sakitliyə ehtiyacı olduğunu söyləyib.

Üçqat dünya çempionu özünün Twitter səhifəsində xarici səfərlər planlaşdırdığını və qarşıdakı bayram günlərini ailəsi ilə birgə keçirəcəyini yazıb.

Qeyd edək ki, 74 yaşlı futbolçu xəstəxanaya sidik yollarının infeksiyası diaqnozu ilə yerləşdirilib.(AzərTac)




Teqlər:





Xəbər lenti