Pele Azərbaycana gəlir

Pele Azərbaycana gəlir
  28 Noyabr 2014    Oxunub:1558
Dünya futbolunun əfsanəsi gələn il Azərbaycana səfər etmək niyyətindədir.
AzVision.az “Report”a istinadən xəbər verir ki, bu barədə futbolçunun nümayəndəsi Pol Kemsli ABŞ mətbuatına açıqlamasında bildirib. Onun sözlərinə görə, hazırda Braziliya xəstəxanalarının birində müalicə alan Pele evə yazıldıqdan sonra ailəsi ilə istirahətə gedəcək. "Bundan sonra, 2015-ci ilin əvvəlində Pele Avstraliya, Çin, Nigeriya və Azərbaycana səfər edərək, dünya turnesinə çıxacaq".

Pol Kemsli həmçinin qeyd edib ki, bir müddət əvvəl səhhətinin pisləşməsi ilə əlaqədar xəstəxanaya yerləşdirilən futbolçu indi özünü yaxşı hiss edir.

AzVision.az


Teqlər:





Xəbər lenti