Paytaxtın bəzi yerlərində su olmayacaq

Paytaxtın bəzi yerlərində su olmayacaq
  29 Avqust 2016    Oxunub:1384
Sabah paytaxtın bəzi hissələrində içməli suyun verilişi məhdudlaşdırılacaq.
Bu barədə AzVision.az-a “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilir ki, Yasamal rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar avqustun 30-da gün ərzində C.Hacıbəyli, Ü.Bünyadzadə, Dəmirçizadə, F.Əsədov, C.Zeynalov, Q.Pirimov, Mərdanov qardaşları, S.Vurğun küçələri ətrafında olan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

AzVision.az


Teqlər:  





Xəbər lenti